VTB (Azərbaycan) WhatsApp-da çat-bot xidmətini işə salıb. İndi populyar mesencer istifadəçiləri üç dildə bank xidmətlərindən elə WhatsApp-da yararlana bilər. Servis müştərilərə ödəniş və köçürmələr etməyə, kredit rəsmiləşdirməyə və ya depozit açmağa, öz xərclərinə nəzarət etməyə və bir sıra bank əməliyyatlarını həyata keçirməyə imkan verir.
Eləcə də bax: "Bank VTB (Azərbaycan)" sahibkarlara dəstək - Dövlət Proqramlarına Qoşulub
FED.az xəbər verir ki, bunun üçün virtual köməkçi Direct-in nömrəsini (+ 994) 70 214 09 86 WhatsApp-dakı əlaqələrə daxil etmək və çata başlamaq kifayətdir. Hazırda Direct vasitəsilə hesabdan köçürmələr (o cümlədən digər bank kartlarına köçürmələr), 100-dən çox xidmət haqqı üzrə ödəniş (kommunal, mobil, sığorta və s.), kreditin, depozitin və kartın sifarişi, hesablar üzrə ödəniş, hesabdan çıxarışın alınması və digər xidmətlər mövcuddur. Bir sıra əməliyyatları QR-kod vasitəsilə həyata keçirmək mümkündür.
Bundan başqa, WhatsApp-da müştərilər virtual Visa Direct kartını pulsuz əldə edə bilər. Bunun üçün ərizə doldurmaq və kartın buraxılışını gözləməyə ehtiyac yoxdur: kartı bir neçə dəqiqə ərzində əldə edib və dərhal istifadə etmək olar.
“Biz müştərilər üçün rahat yerlərdə onları distant xidmətlə təmin etməyə çalışırıq. Ilin əvvəlində biz Facebook sosial şəbəkəsinin mesencerində çat-bot xidmətini tətbiq etdik və müştərilərdən xeyli müsbət rəylər aldıq. İnsanlar üçün ünsiyyət qurduqları yerdə xidmətdən istifadə etmək rahatdır. Biz distant kanalların genişləndirilməsi istiqamətində işlərimizi davam etdiririk və bu gün artıq müştərilərimiz öz maliyyə məsələlərini Azərbaycanda ən populyar mesencerlərdən biri olan WhatsApp-da həll edə bilər. Bu xidmət Facebook-dakı Direct rəqəmsal bankı ilə tam sinxronizə edilib, bu da müştərilərə hər iki platformadan paralel olaraq yararlanmağa imkan verir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitri Qalaşev bildirib.
Direct WhatsApp-da azərbaycan, rus və ingilis dillərində 24/7 rejimində fəaliyyət göstərir. Bota rahatlıqla daxil olmaq üçün QR-kodu skan etmək kifayətdir: