VTB (Azərbaycan) vakansiyalar elan edir
Kredit mütəxəssisi
Tələblər:
- Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
- bank sahəsində satış üzrə təcrübəsi olanlara üstünlük verilir;
- müştəri cəlb etmə və satış bacarıqları;
- məsuliyyətlilik, ünsiyyətçilik.
Vəzifələri:
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
- müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi;
- müştərinin konsultasiyası və onun kredit məhsuluna olan tələbatının təhlili;
- əmanət, cari hesab, plastik kart və s. müqavilələrinin rəsmiləşdirilməsi;
- bank məhsulların satışlarının stimullaşdırılması üzrə marketinq proqramlarının aparılmasında iştirak.
CV [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını göstərməklə göndərilməlidir).
***
Mühasibat uçotu şöbəsinin mütəxəssisi
Tələblər
- Maliyyə/ iqtisadi üzrə ali təhsil;
- mühasibatlıq sahəsində 2 il iş təcrübəsi, bank mühasibatlığı sahəsində təcrübəyə üstünlük verilir;
- mühasibat uçotu ilə bağlı qanunları və digər normativ hüquqi aktları bilmək;
- vergi və təsərrüfat failiyyəti ilə bağlı qanunvericiliyi üzrə əsas biliklər;
- ACCA peşə ixtisaslaşması üzrə baza sertifikatları arzuolunandır;
- Azərbaycan və rus dillərini sərbəst bilmək;
Vəzifələri
- Günün sənədlər toplusunun hazırlanması;
- Təsərrüfat və digər müqavilələr üzrə məlumat bazasının və ödəniş cədvəlinin aparılması, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
- Qeyri-rezidentlərlə bağlanmış mal, iş və xidmət müqavilələri ilə hesablaşmalar;
- yeni bank məhsulları və prosedurları üçün mühasibat uçotu modellərinin tərtib edilməsi, Bankın mühasibat uçotu modellərinin məlumat bazasının yenilənməsi və yaradılması;
- Bankın əsas vəsaitlərinin, aşağı qiymətli və köhnəlmiş əşyaların, əsas olmayan aktivlərinin uçotunun aparılması;
- Bankın aktiv və öhdəliklərinin inventarının təşkili və aparılması.
Şəxsi anket forması [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV formaları vakansiyanın adını qeyd etməklə göndərilməlidir).