"Bank VTB (Azərbaycan)" ASC-nin ötən il üzrə maliyyə vəziyyəti məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, faiz gəlirləri 40,4 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 milyon manat və ya 24% artım deməkdir..
Bankın faiz gəlirlərinin artımında əsas rolu müştərilərə və digər maliyyə institutlarına verilən kreditlər oynayıb. Bankın müştərilərə verilmiş kreditlərdən əldə etdiyi faiz gəlirləri bir ildə 4,6 milyon manat (16,8%) artaraq 31,8 milyon manata yüksəlib. Bu maddə bankın cəmi faiz gəlirlərinin 78,6%-ni təşkil edir.
Bankın gəlirliliyində ən kəskin artım isə digər banklara və maliyyə institutlarına verilən kreditlər üzrə qeydə alınıb. Bu istiqamətdən gəlirlər bir ildə 2,7 milyon manat (93,2%), yəni təxminən iki dəfə artaraq 5,6 milyon manata çatıb.
Bankın cari ildə yaranan yeni gəlir mənbəyi isə digər banklardakı depozitlərdən əldə etdiyi 1,5 milyon manatlıq faiz gəliri olub. Əvvəlki ilin eyni dövründə bu maddə üzrə gəlir qeydə alınmamışdı.
Ticarət və investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri 1,1 milyon manat təşkil edib.
"Bank VTB (Azərbaycan)" ASC-nin faiz xərcləri 10,1 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon manat və ya 18,9% artım deməkdir.
Bankın faiz xərclərinin artımında əsas rolu depozitlərə ödənilən faizlər oynayıb. Bankın depozitlərə görə ödənişləri bir ildə 1,4 milyon manat (21,8%) artaraq 7,8 milyon manata yüksəlib. Bu maddə bankın cəmi faiz xərclərinin 77%-dən çoxunu təşkil edir.
Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 2,1 milyon manat olub. Bu da 2024-cü ilə nəzərən 239 min manat (12,7%) artıma bərabərdir.
Artan xərclərə baxmayaraq, bankın faiz gəlirlərinin daha sürətlə artması xalis faiz gəlirinin yüksəlməsinə səbəb olub. Bankın əsas əməliyyat gəliri olan xalis faiz gəliri bir ildə 7 milyon manat (31,6%) artaraq 29,3 milyon manat təşkil edib.
Qeyri-faiz gəlirləri 14,9 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 106 min manat və ya 0,7% artım deməkdir.
Bankın qeyri-faiz gəlirlərinin strukturunda əsas dəyişikliklər komissiya gəlirləri və valyuta əməliyyatları üzrə baş verib. Bankın alınan haqq və komissiya gəlirləri bir ildə 1,6 milyon manat (62,2%) artaraq 4,1 milyon manata yüksəlib.
Xarici valyuta əməliyyatlarından xalis gəliri 9,5 milyon manata bərabər olub. Buna baxmayaraq, valyuta əməliyyatları hələ də bankın qeyri-faiz gəlirlərinin əsas mənbəyi (63,7%) olaraq qalır.
Bankın digər gəlirləri 1,3 milyon manat olub.
Qeyri-faiz xərcləri bir ildə 4,3 milyon manat (14,4%) artaraq 34,1 milyon manata çatıb.
Bu xərclərin strukturunda ən böyük paya sahib olan əmək haqqı və digər kompensasiya xərcləri 21,9 milyon manata bərabər olub. Bu da 2024-cü ilin sonu ilə müqayisədə 3 milyon manat (15,6%) artım deməkdir.
Bundan başqa amortizasiya xərcləri 613 min manat (28,1%) artaraq 2,8 milyon manata, digər xərcləri isə 772 min manat (73,8%) artaraq 1,8 milyon manata çatıb. Yalnız ümumi və inzibati xərclərdə cüzi (42 min manat) azalma qeydə alınıb. Bu xərclər 21,9 milyon manata bərabər olub.
Mənfəətə müsbət təsir edən amil isə bankın mümkün zərərlər üçün yaratdığı məqsədli ehtiyatların geri qaytarılması olub. Əgər əvvəlki il bu ehtiyatlar üçün 5,3 milyon manatlıq bərpa qeydə alınmışdısa, cari ildə bu göstərici 2,2 milyon manat olub.
Bank bu dövrdə 3,1 milyon manat mənfəət vergisi ödəyib.
"Bank VTB (Azərbaycan)" 2025-ci ili ümumilikdə 9,1 milyon manat xalis mənfəətlə tamamlayıb.
"Bank VTB (Azərbaycan)" ASC-nin cəmi aktivləri 2025-ci ilin sonunda 306,2 milyon manat təşkil edib. Bundan nağd pul vəsaitləri və ekvivalentləri bir ildə 17,5 milyon manata enib. ticarət və investisiya qiymətli kağızları portfeli isə 9,9 milyon manat olub.
Müştərilərə verdiyi xalis kreditlərin həcmi bir ildə 211,7 milyon manata yüksəlib. Bu maddə bankın cəmi aktivlərinin 69%-ni təşkil edir.
Kredit portfelinin artımı əsasən istehlak kreditləri 11,8 milyon manat ( və daşınmaz əmlak kreditləri 7,8 milyon manat artıb. Biznes kreditləri isə 67,5 milyon manata bərabər olub.
Cari ildə bankın aktivlərində yaranan yeni maddə isə digər banklarda və maliyyə institutlarında yerləşdirilən 33 milyon manatlıq depozit olub. Əvvəlki ilin eyni dövründə bu maddə üzrə aktiv qeydə alınmamışdı.
"Bank VTB (Azərbaycan)" ASC-nin cəmi öhdəlikləri 196,3 milyon manat təşkil edib.
Bundan depozit portfeli 101,8 milyon manata bərabər olubDepozit portfelində hüquqi şəxslərin depozitlərinin 26,5 milyon manata bərabər olub. Fiziki şəxslərin depozitləri isə 5,2 milyon manat (7,4%) artımla 75,3 milyon manata yüksəlib.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 10,2 milyon manat təşkil edib. Həmçinin "digər öhdəliklər" maddəsi 13,2 milyon manat olub.
Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri bir ildə 8,9 milyon manat (14,7%) artaraq 69,9 milyon manata yüksəlib.
Bankın cəmi kapitalı hesabat dövründə 109,9 milyon manat təşkil edib. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 9 milyon manat və ya 8,9% artım deməkdir.
Səhmdar kapitalı dəyişməyərək 315,8 milyon manat səviyyəsində qalıb. Ümumi ehtiyatlar isə 1,7 milyon manat təşkil edib.
MƏLUMAT YENİLƏNİR:













