Bank VTB (Azərbaycan) müştərilərinə Cash-in funksiyası vasitəsilə AzərTürkBank bankomatlarından kart hesablarına əlavə komissiyasız nağd pul vəsaitini əlavə etmək imkanı verir.
Bankdan FED.az-a verilən məlumata görə, bundan başqa, VTB (Azərbaycan) müştəriləri AzərTürkBank bankomatlarında olan «Card to Card», parolun alınması, 3D Secure, SMS-xəbərdarlıq kimi əlavə xidmətlərdən də istifadə edə bilər.
Hazırda VTB (Azərbaycan) kart istifadəçiləri ölkə ərazisində NIKOIL Bank və AzərTürk Bank kimi yerli bankların 45 -dən çox bankomatlarından yararlana bilər. Eləcə də VTB (Azərbaycan) Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid bankomatlarından pul vəsaitlərin banklararası komissiya tutulmadan nağdlaşdırılma xidmətini təklif edir.