VTB (Azərbaycan) Mastercard ödəniş sisteminin kart istifadəçiləri üçün aksiyaya start verir.
Aksiyanın şərtlərinə əsasən VTB (Azərbaycan) kartı vasitəsilə 20 manat məbləğindən
başlayaraq ən azı 3 nağdsız ödəniş həyata keçirən müştərilər qiymətli hədiyyələr qazana bilər.
Belə ki, daha çox ödəniş edən üç müştəri qalib olacaq və müvafiq olaraq Bakı-Moskva-Bakı (və
ya Bakı-Sankt-Peterburq-Bakı) istiqamətində aviabilet, restoranda şam yeməyi, eləcə də
onlayn-hüquqşünas (və ya bankın 125 manatadək olan istənilən xidməti) xidmətinə illik
abunəlilik kimi hədiyyələr əldə edəcək.
Nağdsız əməliyyatları həm Azərbaycan ərazisində, həm xaricdə, ticarət nöqtələrində və elektron
kommersiya vasitəsi ilə həyata keçirmək mümkündür. Nağd vəsaitin çıxarılması, istənilən növ
kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada
nəzərə alınmayacaq.
Aksiya 18 sentyabr 2019-cu il tarixinədək etibarlıdır. Qalib aksiya başa çatdıqdan sonra 10 iş
günü ərzində müəyyənləşəcək.
VTB (Azərbaycan) müştərilərinə - SƏYAHƏT QAZANMAQ ŞANSI VERİR
15:44
30 İyul 2019