VTB (Azərbaycan) 2025-ci ildə 9,1 milyon manatı xalis mənfəət əldə edib.
FED.az xəbər verir ki, bankın aktivləri ötən il 306,222 milyon manat təşkil edib.
VTB (Azərbaycan)-ın kredit portfeli 243,638 milyon manata çatıb. Pərakəndə kreditləşmə üzrə portfeli 2024-cü illə müqayisədə 13%, ipoteka kreditləşməsi isə 14% böyüyüb. VTB-nin faiz gəliri 2024-cü ilin dekabr ayının sonu ilə müqayisədə 2025-ci ilin sonuna 32% artıb, qeyri-faiz gəliri isə təxminən 15 milyon manata çatıb.
2025-ci ilin sonunda VTB-nin kapital gəlirliliyi (ROE) 8,6%, aktivlərin gəlirliliyi (ROA) isə 2,78% təşkil edib.
Bankın məcmu kapitalı 100,375 milyon manat təşkil edib ki, bu da Azərbaycan Mərkəzi Bankının minimum tələbindən iki dəfə çoxdur.











