VTB (Azərbaycan) komissiyasız kreditlərin ödənilməsi və cari kart hesablarının artırılmasını elan edir.
VTB (Azərbaycan) kredit kampaniyasının - MÜDDƏTİNİ UZATDI
FED.az xəbər verir ki, VTB (Azərbaycan) bankının müştəriləri artıq kredit və kart hesablarını günün istənilən vaxtında "Express Pay", "Keshpay" ödəniş terminalları və "E-Pul" ödəmə sistemi vasitəsilə komissiyasız ödəyə bilərlər.
"Express Pay" və "Keshpay" ödəniş terminallarının geniş şəbəkəsi vasitəsi ilə kredit ödənişi və kart hesablarına komissiyasız mədaxil imkanının tətbiqi bankımızın müştərilərinə filiallarda növbədə dayanmaqdan azad edəcək. Biz daim müştəri xidməti infrastrukturunu inkişaf etdiririk və ödənişlər ekosisteminin inkişafına töhfə verməyə çalışırıq", - İdarə Heyətinin üzvü, Pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin dedi.
Kredit ödənişi və kart hesabına mədaxil üzrə komissiya haqqı tutulmur.
Qeyd edək ki, VTB (Azərbaycan)ın müştəriləri komissiyasız krediti bizim rəsmi sayt üzırindəndə ödəyə bilərlər: https://vtbpayment.3dsecure.az/.
Digər odəmə üsulları haqqında buradan tanış ola bilərsiniz: https://vtb.az/ru/personal/online-services/info-page/.