VTB (Azərbaycan) müştəriləri kartlarına PİN-kodu özləri təyin edə biləcək. Bankdan FED.az-a verilən məlumata görə, bank PİN-kodsuz kart buraxılışını nəzərdə tutan PİN Set xidmətini tətbiq edib. Kartı aldıqda müştəri şəxsi PİN-kodunu POS-terminal vasitəsilə təyin etməlidir.
“Hər dəfə ödəniş kartı dəyişildikdə yeni kart üçün yeni PİN-kod da verilir. PİN Set funksiyasının tətbiqi müştəriləri maksimal komfortla təmin edir: müştəri onun üçün yadda saxlamağa asan olan rəqəmləri seçir. O, əvvəlki kartının PİN-kodunu istifadə edə və ya bütün kartlara bir kod təyin edə bilər. Əminəm ki, indi müştərilər tərəfindən PİN-kodun unudulması və kartdan istifadə imkanının məhdudlaşması halları xeyli azalacaq”, - deyə bank VTB (Azərbaycan)-ın Pərakəndə biznes məhsullarının metodologiya və hazırlanması şöbəsinin rəisi Kamilə Əliyeva bildirib.
Bank müştəriyə seçim hüququ da verir: kart sahibi PİN Set xidmətindən yararlanmaq istəmirsə, ona PİN-kod olan zərf təqdim edilir.
VTB (Azərbaycan) kart sahiblərinə “Pin Set” təklif edir
16:44
5 Okt 2018