VTB (Azərbaycan) pərakəndə müştərilər üçün yeni internet bankı istifadəyə verib. Yenilənmiş tətbiqə daha sürətli daxil olaraq, istifadəçilər təkmilləşdirilmiş interfeys və naviqasiya həmçinin digər yeniliklərdən yararlana bilərlər.
Eləcə də bax: VTB (Azərbaycan) milli basketbol liqasının rəsmi tərəfdaşı oldu
Bankdan FED.az-a verilən məlymata görə, bu gün Azərbaycanda VTB onlayn bankının aktiv müştərilərinin sayı 10 000 nəfərə yaxındır və yeniləmə auditoriyanı 20% genişləndirəcək.
İnternet Bankın təkminləşdirilməsi iki mərhələdə keçiriləcək. Birinci mərhələdə müştərilər kartdan karta və öz hesabları arasında köçürmə, hesablara və onlar üzrə çıxarışlara baxmaq, hesablarını artırmaq, aktiv depozitləri izləmək imkanı əldə edirlər.
İkinci mərhələdə funksionala kommunal xidmətlər, mobil rabitə və internet ödənişlərinin, həmçinin valyuta mübadiləsinin əlavə edilməsi planlaşdırılır. Borcalanlar kreditləri ödəyə, o cümlədən erkən ödəməni həyata keçirə, həmçinin mövcud müqavilələr üzrə ödəniş cədvəllərinə baxa biləcəklər.
“Onlayn xidmətlər istənilən müasir bankın ürəyidir. Biz bütün məhsul və xidmətləri elə yaratmağa çalışırıq ki, onlar təkcə ofis şəbəkəsində deyil, həm də smartfonda 24/7 müştərilər üçün əlçatan olsun. İstifadəçilər yenilənmədən sonra istənilən mobil cihaza tam uyğunlaşdırılan İnternet bankına fəal şəkildə keçirlər. Gələn ilin əvvəlinə mobil proqramın bütün funksiyaları orada olacaq. Veb versiyasını smartfonunuzun ekranına əlavə etmək və yalnız bir toxunuşla açmaq olar. Bütün bunlar bizə birinci rübün sonunadək internet bankımızın auditoriyasını 20% genişləndirməyə imkan verəcək”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Hazırda VTB (Azərbaycan) müştəriləri gündəlik maliyyə əməliyyatlarını həyata keçirmək üçün internet bankın həm yeni, həm də köhnə versiyasından istifadə edə bilərlər. İstifadəçilər üçün mobil proqram da mövcuddur.