«Bank VTB (Azərbaycan)» ASC 2023-cü ilin III rübünə olan maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, hesabata əsasən, 30 sentyabr 2023-cü il tarixinə bankın aktivləri 231,238 milyon manat təşkil edib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur. Bank hesabat dövrünü 8 milyon 643 min manat xalis mənfəətlə başa vurub.
«Hesabat dövründə bankın kredit portfeli 18% artıb: pərakəndə kreditləşmə 12%, biznes kreditləri 22,5%, ipoteka kreditləşməsinin artımı isə 23%-ə çatıb. Maliyyə bazarında biz yüksək aktivliyi qeyd edirik və bunun ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırıq», - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
III rübdə Bankın faiz gəlirləri 8,3%, xalis faiz gəlirləri isə 16,4% artıb. 30 sentyabr tarixinə bankın məcmu kapitalı ilin əvvəlindən 2,6% artaraq 82,272 milyon manat təşkil edib və Azərbaycan Mərkəzi Bankının minimum tələblərini 64%-dən çox üstələyir.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az/ rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.