Bank VTB (Azərbaycan) manat, rubl, dollar və avro valyutalarını özündə cəmləşdirən debet multivayuta kartının buraxılışına start verib. FED.az-ın məlumatına görə, nağdsız əməliyyat zamanı kartdan vəsait ödəniş aparılan valyutaya uyğun silinir. Belə ki, tələb olunan hesaba qoşulma avtomatik baş verir. Kart üzrə konvertasiya və hesabdan hesaba pul köçürmə zamanı isə komissiya tutulmur.
Kartın bütün hesabları üzrə xaricdə 100 manatdan (və ya digər valyuta ekvivalentindən) artıq məbləğdə nağdsız əməliyyat həyata keçirildikdə 0,5% həcmində vəsait Cash Back xidməti vasitəsi ilə karta qeri qaytarılır. Multivalyuta kartının daha bir üstünlüyü hesabdakı qalığa illik 4,5%-dək gəlirin hesablanmasıdır.
İnternet və Mobil bankinq, eləcə də Card to Card pul köçürmələri kimi xidmətlər də pulsuz təqdim olunur. Bundan başqa, Visa Premium kart sahibləri VİSA loyallıq proqramından da faydalana bilər.
Qeyd edək ki kart 3 il müddətinə verilir. Kartın növündən asılı olaraq xidmət haqqı 25 manatdan 100 manatadək dəyişir.