VTB (Azərbaycan) Facebook messencerindəki Direct çat-bot istifadəçiləri üçün aksiyaya start verdi.
Belə ki, indi Direct vasitəsilə əməliyyatlar aparmaq həm rahat, həm sərfəlidir.
Aksiyanın şərtlərinə görə, çat botda Direct virtual kartı vasitəsilə 10 manat məbləğindən başlayaraq 3 və daha çox ödəniş edən istifadəçilər pul mükafatı almaq imkanı əldə edəcək. Aksiya kommunal xidmətlər, eləcə də mobil operatorların təklif etdiyi xidmətlər üzrə nəzərdə tutulub.
Hər ayın sonu daha çox tranzaksiya edən 100 müştəri qalib elan ediləcək. Aksiya 17 aprel 2020-ci il tarixinədək davam edəcək.
Arayış: Çat-bot Direct banka gəlmədən və vaxt itirmədən Facebook sosial şəbəkəsində maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən VTB (Azərbaycan)-ın yeni rəqəmsal xidmətidir. VİSA pulsuz virtual kartı vasitəsilə müştərilər onlayn ödənişlər, karta köçürülən vəsaitin əldə edilməsi, balansın yoxlanılması, hesablar üzrə ödəniş, QR kodun yaradılması və bir sıra əməliyyatlar həyata keçirə bilər. Bot 24/7 rejimində- azərbaycan və rus dillərində xidmət göstərir.
Bota rahatlıqla daxil olmaq üçün QR-kodu skan etmək kifayətdir: