Yaşar Kərimov VTB (Azərbaycan) bankının İdarə Heyətinin üzvü təyin edilib. Bu vəzifədə o, bankın pərakəndə biznesinə rəhbərlik edəcək.
FED.az banka istinadən xəbər verir ki, o, 20 ildən çox bankçılıq təcrübəsinə malikdir və Yelo Bank və Expressbank da daxil olmaqla bir sıra Azərbaycan banklarında rəhbər vəzifələrdə çalışıb. VTB (Azərbaycan)-a təyinatdan əvvəl Unibank-da Pərakəndə Biznes üzrə İcraçı Direktor vəzifəsində çalışıb.
Yaşar Kərimov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur və “Mühəndis iqtisadiyyatı və idarəetmə” üzrə bakalavr və magistr dərəcələrinə malikdir.











