30 aprel 2024-cü il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, tədbir Bakı şəhəri, AZ1008, Xətai prospekti, 38 ünvanında saat 12:00-da baş tutacaq.
İclasın gündəliyinə daxildir:
- Bank VTB (Azərbaycan) ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının katibinin seçilməsi.
- Bank VTB (Azərbaycan) ASC-nin 2023-cü il üzrə maliyyə hesabatlılığına baxılması.
- Bank VTB (Azərbaycan) ASC-nin 2023-cü il üzrə mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi üzrə təkliflərə baxılması.