“Bank VTB (Azərbaycan)” ASC Azərbaycan Banklar Assosiasiyasının (ABA) ənənəvi olaraq təqdim etdiyi “Bankçılıq Mükafatları – 2024” tədbirində üç nominasiyasında qalib gəlib.
FED.az xəbər verir ki, assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən VTB (Azərbaycan) 3 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb. Belə ki, Bank, “Korporativ sosial məsuliyyət",“Təhsil dəstəkçisi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” istiqamətlərində qalib elan olunub.
“Bankçılıq mükafatları” hər il Azərbaycan Banklar Assosiasiyası tərəfindən təqdim edilir və maliyyə institutlarının ötən il üzrə fəaliyyətinin qiymətləndirilməsini əks etdirir.