Bank VTB (Azərbaycan) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən 2019-cu ilin maliyyə nəticələrini elan edib. Ernst&Young müstəqil beynəlxalq şirkət tərəfindən təsdiqlənmiş audit rəyinə əsasən, 2019-cu ildə bank bütün əsas göstəricilər üzrə artım nümayiş etdirərək, 7,2 mln manatadək xalis mənfəət əldə edib. Xalis faiz gəliri 46% artıb və 9,6 mln manat təşkil edib. Qeyri-faiz gəliri 15 mln manat olub.
Eləcə də bax: "Bank VTB (Azərbaycan)" VİSA ödəniş kartları üzrə aksiyanın nəticələrini - ELAN EDİB
FED.az xəbər verir ki, 2019-cu ildə xalis komissiya gəliri 80% artım nümayiş etdirərək 1,5 mln manat təşkil edib. Komissiya gəlirlərinin əhəmiyyətli artımına hesablaşma-kassa xidmətləri, plastik kartlar üzrə aparılan əməliyyatlar, eləcə də sənədli əməliyyatlar hesabına nail olunub.
Hesabat dövrü ərzində bankın aktivləri 15% artaraq 183 mln manatı keçib. Depozit portfelinin həcmi təxminən 4% artıb və 70,7 mln manata çatıb. Depozit portfelində fiziki və hüquqi şəxslərin vəsaitlər təxminən bərabər bölünüb. Hüquqi şəxslərin depozitləri 12% artıb.
2019-cu ilin sonuna sağlam kredit portfeli 20% artıb və 90,6 mln manat təşkil edib.
“İl ərzində bank biznesin bütün istiqamətləri üzrə yüksək artım tempi göstərib. Dinamik inkişafa yeni rəqəmsal xidmətlərin tətbiqi də səbəb olub. Cari ildə pərakəndə və korporativ biznesin prioritet istiqamətlərində mövqeləri gücləndirərək, biz texnoloji transformasiyaya fokuslanmağa davam edirik. Rəqəmsal kanallara olan tələbat artır və biz qabaqlayıcı templərlə zamanın tələblərinə cavab verməyə çalışırıq”, -deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.