Azərbaycanın bank xidmətləri bazarının aktiv iştirakçılarından olan «Expressbank» müştəriləri üçün olduqca maraqlı lotoreyaya start verib.
Onlar "Expressbank" dan qiymətli hədiyyələr qazandı – SƏN DƏ QOŞUL!
FED.az xəbər verir ki, 1 aprel 2024-cü ildən 31 mart 2025-ci il tarixinədək keçiriləcək bu lotereya müştərilərə dəyərli hədiyyələr qazanmaq şansı yaradır. Lotereya dörd rübə bölünərək hər rübdə bir neçə tirajla həyata keçiriləcək. Hal-hazırda 1 oktyabr - 31 dekabr 2024-cü il tarixlərini əhatə edən üçüncü rübün tirajları aktivdir.
«Volkswagen», «iPhone 16»lar və «Apple Watch»lar
Lotoreya çərçivəsində çoxsaylı hədiyyələrin oynanılması nəzərdə tutulur. Bura avtomobil, «iPhone 16» mobil telefonları, «Apple Watch» ağıllı saatları və «Apple AirPods» qulaqlıqları aiddir. Hdiyyələrin tam siyahısı aşağıdakı kimidir:
1-ci tiraj:
- iPhone 16 – 3 ədəd
- Apple Watch Series 10 GPS, 46 mm – 5 ədəd
- Apple AirPods 4 with ANC – 10 ədəd
2-ci tiraj:
- iPhone 16 – 3 ədəd
- Apple Watch Series 10 GPS, 46 mm – 5 ədəd
- Apple AirPods 4 with ANC – 10 ədəd
3-cü tiraj:
- Volkswagen ID4 Pure+ (2024) – 1 ədəd
Lotoreyada necə iştirak etmək olar?
Lotereyada iştirak etmək üçün «Expressbank»ın «Visa» kartları ilə minimum 10 AZN məbləğində pos-terminal və ya onlayn ödəniş həyata keçirmək kifayətdir. Bu kartlara («Expresso Standart», «Expresso Platinum», «Visa Infinite», «Expresso Salary» (Əməkhaqqı) və «Expresso Gold» aid dir.
Ödəniş məbləği artdıqca müştərinin uduş şansları da artır. Məsələn, hər 10 AZN ödəniş üçün bir şans hesablanır. 10-dan artıq məbləğlər isə yuvarlaqlaşdırılaraq şans sayını müəyyən edir. Misal üçün, 37 AZN-lik ödəniş 3 şans, 18 AZN-lik ödəniş isə 1 şans qazandırır.
Uduş şansları necə hesablanır?
Kartın növünə görə müştərilərin şansları fərqli əmsallarla artır:
- «Expresso Standart», «Expresso Gold» və «Salary» kartları üçün: 1 qat şans.
- «Expresso Platinum» kartları üçün: 2 qat şans.
- «Visa Infinite» kartları üçün: 3 qat şans.
Gündəlik əməliyyat sayı üzrə şans qazanmaqda heç bir məhdudiyyət yoxdur. Üstəlik, əvvəlki tirajlarda toplanmış şanslar növbəti tirajlarda da keçərli sayılır.
Lotereyada iştirak etməyən əməliyyatlar
Bəzi əməliyyat növləri lotereya üçün şans qazandırmır. Bunlar - Kartdan karta köçürmələri; Dövlət ödənişləri; Nəqliyyat ödənişləri; Kommunal xidmətlər üzrə ödənişlər; Rabitə/İnternet/Kabel/peyk ödənişləri; Elektron pul qabı (Quasi Cash); Mərc oyunları; ATM/POS Cash nağdlaşdırma və «Asan Xidmət ödənişləridir.
Lotereyanın qalibləri necə müəyyən olunur?
Hər tirajın sonunda qaliblər təsadüfi seçimlə müəyyənləşir və nəticələr Expressbank-ın sosial media platformalarında canlı yayımda elan olunur. Növbəti tirajlar 17 dekabr və 15 yanvar tarixlərində nəzərdə tutulub. Hər müştəri hər tirajda yalnız bir dəfə, lotereya boyunca isə üç dəfə qalib ola bilər.
Digər mühüm şərtlər
Lotereyada iştirak etmək istəməyən müştərilər "STOP" yazaraq 8132 nömrəsinə SMS göndərə və ya Express24 tətbiqində “deaktiv et” seçimini aktivləşdirə bilərlər. Əks halda, müştərinin lotereyada iştirakı avtomatik olaraq qəbul edilir.
Mükafatlara kim sahib ola bilər?
Lotereyada qalib olan şəxsin notarial qaydada səlahiyyət verdiyi üçüncü şəxs də mükafatı götürə bilər. Ölkə xaricində edilən uyğun ödənişlər də şans qazandırır.
Expressbankın bu lotereyası yalnız alış-verişə yeni ruh qatmaqla kifayətlənmir, həm də müştərilərin gündəlik əməliyyatlarını hədiyyələrə çevirir. İştirakçılar şanslarını artırmaq üçün Express24 tətbiqindən faydalanaraq əməliyyatlarını izləyə bilərlər.