“Visa Token Service” texnologiyası Azərbaycanın bütün banklarında tətbiq olunmağa açıqdır.
FED.az xəbər verir ki, bunu Tend-ə müsahibəsində “Visa”nın Qafqaz üzrə regional meneceri Kristina Doroş deyib.
Eləcə də bax: Azərbaycanda mobil telefonla - ÖDƏNİŞLƏR BAŞLAYIR - VİSA TOKEN XİDMƏTİ
O bildirib ki, Azərbaycan Beynəlxalq Bankı bu xidmət üçün lazım olan sertifikatlaşma prosesini daha tez başa çatdırdığı üçün “Visa Token Service” xidmətinə qoşulan ilk bank olub:
“Hazırda digər banklar da bu texnologiyanın tətbiq olunması üzərində işləyir. Hər bir bank öz müştərilərinə rahat ödəmə üsulu təklif etməyə çalışır. “Visa Token Service” təhlükəsiz və rahat mobil ödəmələrə doğru növbəti addımdır”.
K.Doroş əlavə edib ki, “AzeriCard” prosessinq şirkəti bu texnologiyanın tətbiq olunmasında vacib rol oynayıb və layihənin texniki hissəsinin icrasını öz üzərinə götürüb.
Layihənin dəyəri barədə suala cavabında regional menecer bildirib ki, maliyyə detalları ilə bağlı məlumatlar bankların kommersiya sirridir.