Azərbaycanda vətəndaşların banklara olan borclarının dondurulması müzakirə edilir.
FED.az xəbər verir ki, bu barədə MM-in üzvü Aydın Mirzəzadə bildirib.
Millət vəkili bu məsələ ilə bağlı AMB nin sədri Elman Rüstəmova müraciət etdiyini də bildirib: "Bu gün Milli Məclisin iclasında iclasda iştirak edən Mərkəzi Bankın sədri Elman Rüstəmova müraciət edərək özəl banklarla məsləhətləşmələr apararaq xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulmasını təklif etdim.
Mərkəzi Bank sədri bu məsələnin müzakirə edildiyini bildirdi".