Azərbaycanda 2018-ci il dekabr ayının 1-nə bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12564,2 milyon manat təşkil edib.
FED.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çoxdur.
ELƏCƏ DƏ BAX: ÜDM 80 milyarda çatır - RƏSMİ
Bunun 9870,2 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,4 faizini təşkil edir.
Qeyd edək ki, 2017-ci il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12226,2 milyon manat təşkil etmiş, onun 9872,2 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 15,5 faizini təşkil edib.
Vaxtı keçmiş kreditlərin həcmi – AÇIQLANDI
20:12
21 Yan 2019