«Bank Avrasiya»nın vaxtı keçmiş kreditlərinin məbləği məlum olub.
FED.az xəbər verir ki, 2019-cu ildə bankın kredit portfeli 110 milyon 235 min manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 10 milyon 245 min manat və ya 10,3% çoxdur. 2018-də bank müştərilərinə 99 milyon manat kredit vermişdi.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Bankın vaxtı keçmiş kreditlərinin məbləği 2019-cu ildə 19 milyon 016 min manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 10 milyon 244 min manat və ya 2,2 dəfə çoxdur. 2018-də bankın vaxtı keçmiş kreditlərinin məbləği 8 milyon 773 min manat təşkil edib.
2019-cu ildə bankın vaxtı keçmiş kreditləri ümumi kredit portfelinin 17,2% təşkil edib.
Bankın ən çox vaxtı keçmiş krediti sənaye sahəsində olub. Belə ki, bank bu sahəyə 22 milyon 082 min manat kredit verib ki, bunun da 9 milyon 549 min manatının və ya 43,2%-nin vaxtı keçib.
Bankın ikinci ən çox problemli krediti ticarət müəssisələrinə verdiyi kreditlərdə olub. Bu sahəyə verilən 21 milyon 531 min manatlıq kreditin 5 milyon 140 min manatının və ya 23,8%-nin vaxtı keçib.
Həmçinin avtomobil krediti üçün verilən 275,2 min manatlıq kreditin 249,57 min manatı problemli olub. Bu da verilən avtomobil kreditinin 90,6%-i deməkdir.
Bankın yeganə kredit verib problem yaşamadığı sahə, informasiya və rabitə olub. Belə ki, verilən 1 milyon 567 min manatlıq kreditin heç bir məbləğinin vaxtı keçməyib.
Bankın kreditlərinin rayonlar üzrə bölgüsünə gəldikdə isə “Bank Avrasiya”nın Bakıdan başqa heç bir rayonda kredit vermədiyi bəlli olub. Bank yalnız kreditləri Bakı şəhrində verib. Bankın kredit verdiyi müştərilərin sayı 11 195 nəfər olub. Kredit verilənlərin 91 nəfərinin kreditləri vaxtı keçmiş kreditlər olub.