Bu gün martın 13-də Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun (ADNF) iştirakı ilə valyuta hərracı keçirilib.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bugünki hərracda bankların tələbi dünənki hərracla müqayisədə 44,4 milyon ABŞ dolları və yaxud 20,1% artaraq 265,2 milyon ABŞ dolları təşkil edib. Xatırladaq ki, martın 12-də dollara tələb 220,8 mln. dollar olmuşdu.
Hərracda manatın ortaçəkili məzənnəsi yenə də 1,7000 AZN/USD səviyyəsində formalaşıb.