Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az bildirir ki, AMB-nin verdiyi məlumata görə, hərracda tələb 50,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (25 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 22,1% və ya 9,2 mln. dollar artıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.