12 may 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
FED.az xəbər verir ki, hərracda tələb 47,9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Qeyd edək ki, may ayının 5-də keçirilən hərracda 62,9 mln. dollar, 7-də isə 56,5 mln. dollar təşkil etmişdi.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.