Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, hərracda dollara tələb aprelin 21-nə nisbətən 20,3 milyon ABŞ dolları və ya təxminən 52,3% artaraq 59,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.