Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az xəbər verir ki, AMB-nin məlumatına görə, hərracda tələb 38,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (16 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 26,8% və ya 14,2 mln. azalıb.
Hərracda manatın orta çəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Ümumiyyətlə, bu ilin martın 10-dan bu günə kimi 14 hərrac keçirilib ki, bu hərraclarda banklar 2 005,4 mln. dollar əldə edib.