Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 53 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (14 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 6,2% və ya 3,5 mln. azalıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Ümumiyyətlə, bu ilin martın 10-dan bu günə kimi 13 hərrac keçirilib ki, bu hərraclarda banklar 1 966,6 mln. dollar əldə edib.