19 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilmişdir. Hərracda tələb 243,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
FED.az xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.