VİSA və “Azexport” portal birlikdə üzük ilə ödəmə sistemini (PayRing) Azərbaycana gətirmək üzrədir.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “Visa Cashless Forum”da İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Eləcə də bax: "Azexport" portalı “Pay Ring” rəqəmsal ödəniş sisteminin - İCRASINA BAŞLAYIB
“Bu layihə banklar üçün də açıqdır və biz banklarla birlikdə işləyə bilərik”, - Vüsal Qasımlı əlavə edib.
Qeyd edək ki, Visa-nın məhsullarından biri də "ağıllı üzük"dür. Yaxın əlaqə texnologiyası (NFC) ilə çalışan "ağıllı üzük" ilə POS-terminallrda ödəniş etmək mümkündür. Ödəniş "ağıllı üzük" ilə 1 saniyə ərzində tamamlanır.
Marja