“Uşaq yığım” əmanətləri valideynlər tərəfindən uşaqların 18 yaşına qədər topladığı vəsaitlərdir. “Uşaq yığım” əmanətində faizlər toplanaraq əmanət üzrə maksimal gəlir əldə etmək imkanı yaradır.
Ən sərfəli dollar əmanəti bu banklardadır – BANKLAR, ŞƏRTLƏR, SİYAHI (Fevral, 2026)
Azərbyacanda banklardan bir neçəsi uşaq yığım əmanəti təklif edir. Bu bankların şərtləri də bir-birindən fərqlidir.
Uşaq yığım əmanətləri olan banklardan biri “Xalq Bank”dır. “Xalq Bank”da bu depozitlərin müddəti 12 ay, minimum depozit məbləği 100 AZN (USD, EUR) təşkil edir, maksimum depozit məbləği ilə bağlı hər hansı məhdudiyyət yoxdur.
Bankda əmanətin müddəti bitdikdən sonra əmanət geri tələb edilmirsə, əmanətçi ilə müqavilə növbəti müddətə uzadılır, bu proses uşağın 18 yaşına çatmasına qədər davam edir. Faizlər əmanətin əsas məbləğinə əlavə olunaraq kapitallaşır. Əmanətin artırılması ilə bağlı hər hansı məhdudiyyət yoxdur, amma vəsaitlərin qismən çıxarılması mümkün deyil. Əmanət 18 yaşına çatmamış uşağın adına açılır. Uşaq 14 yaşına çatdıqda valideynlər tərəfindən yazılı surətdə təqdim edilmiş icazə ərizəsi əsasında əmanət üzrə əməliyyatlar apara bilər.
“Rabitəbank”da “Uşaq yığım əmanəti” mövcuddur. Bu əmanətlərin illik gəlirlilik dərəci yerli valyuta ilə (AZN) 5%, xarici valyuta ilə (USD) 0,5% təşkil edir. Depozitin minimum məbləği 100 AZN (USD), maksimum məbləğ isə müəyyən edilməyib.
Banka yerləşdirilən əmanətlərin artırılması mümkündür. Faizlər ildə bir dəfə əsas məbləğin üzərinə əlavə edilir və əlavə edilmiş məbləğə də faiz hesablanır. Faizlərin ödənişi müddətin sonunda baş tutur.
“Turan Bank”da da “Uşaq Yığım” əmanətləri yerləşdirmək mümkündür. Bankda əmanət yerləşdirilməsinin müddəti minimum 3, makismum 18 il təşkil edir. Həmçinin bankda əmanətlərin minimum məbləği 100 AZN (USD), maksimum məbləği isə 10 min AZN (USD) təşkil edir.
Bankda əmanətlər üzərinə hesablanmış faizlər 6 aydan bir əmanət hesabına əlavə olunur və əlavə olaraq faiz hesablanır. Vəsaitlərin qismən götürülməsi mümkün deyil. Əmanət üzrə hesablanacaq faiz dərəcəsi AZN valyutasında illik 8,5%, USD valyutasında 2% təşkil edir.
Əmanət vaxtından əvvəl çıxardılarsa, fərqli faiz dərəcələri tətbiq edilir. Belə ki, əmanətlər 5 ilədək olan müddətdə götürülərsə, AZN əmanətlərinə 4,5%, USD əmanətlərinə 1%, əmanətlər 5 – 10 il müddətində götürülərsə, AZN əmanətlərinə 7,5%, USD əmanətlərinə 1,5%, əmanətlər 10 – 18 il müddətinə götürülərsə, AZN əmanətlərinə 8%, USD əmanətlərinə 2% gəlir marjası hesablanır.
Bankların uşaqlar üçün depozit şərtləri daha detallı aşağıdakı cədvəldə:
|
Bank |
Depozit növü |
Depozit müddəti (ay) |
Əmanət faizi |
|
|
Xalq Bank |
"Uşaq Yığım" |
12 ay (18 yaşadək) |
AZN - 10,25% |
|
|
Rabitəbank |
"Uşaq Yığım Depoziti" |
216 ayadək |
AZN - 5% |
|
|
Turan Bank |
"Uşaq Yığım" |
3 - 18 il |
AZN - 8,5% |
|
|
Depozit müddətindən əvvəl çıxarış olarsa; |
||||
|
5 ilədək |
5 - 10 il |
10 - 18 il |
||
|
AZN - 4,5% |
AZN - 7,5% |
AZN - 8% |
||
|
USD - 1% |
USD - 1,5% |
USD - 2% |
||











