Unibank KB rəhbərliyinin qərarı ilə İlkin Cabbarov Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub.
FED.az banka istinadən xəbər verir ki, o, bu təyinatadək “Paşa Bank”da 9 ildən artıq müddətdə kreditlərin anderraytinqi, maliyyə və qeyri-maliyyə risklərinin idarəedilməsi üzrə rəhbər vəzifələrində çalışıb. Daha əvvəl isə eyni istiqamətlər üzrə “Turan Bank”da 5 il ərzində idarəedici vəzifələrdə fəaliyyət göstərib.
İlkin Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə sahəsində magistr təhsili alıb.