06 sentyabr 2018-ci il tarixində “Unibank” Kommersiya Bankı” ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki görə, yığıncaqda “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvlərinin tərkibində dəyişiklik edilməsi nəzərdə tutulmuşdur.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.