"Unibank" ASC-nin səhmdarlarının illik ümumi yığıncağının vaxtı dəyişib. FED.az banka istinadən xəbər verir ki, yaranmış zərurətlə bağlı olaraq yığıcağın keçirilmə vaxtı 28 iyun tarixindən 4 iyul tarixinə keçirilib. Beləliklə, "Unibank" səhmdarlarının illik ümumi yığıncağı 4 iyul 2019-cu il tarixində, saat 15:00-da bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 55 ünvanında yerləşən baş ofisində baş tutacaq.
Səmdarların toplantısında 2018-ci il üzrə "Unibank" ASC-nin maliyyə hesabatının təsdiqi və bankın investisiya qiymətli kağızlarının emitenti olaraq 2018-ci il üzrə illik hesabatının təsdiqi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Eləcə də bax: Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub
"Unibank"ın səhmdarlarının illik ümumi yığıncağının vaxtı dəyişib
17:04
14 May 2019