“Unibank” Kommersiya Bankı” ASC-nin (VÖEN: 1300017201) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 8 sentyabr 2026-cı il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcək.
Yığıncaqda “Unibank”ın təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Hüquq və təşkilati işlər departamenti ilə əlaqə saxlamaqla tanış ola bilərlər.













