“Unibank KB” ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
«Unibank» pulu nəyə xərcləyir? - SAHƏLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə məlumat İdarə Heyətinin açıqlamasında qeyd edilir.
Qeyd edilir ki, növbədənkənar yığıncaq 06 may 2024-cü il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.
Yığıncaqda kapitallaşma ilə əlaqəli məsələlər müzakirə ediləcək.
“Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər”, – deyə məlumatda qeyd edilir.