“Unibank” Kommersiya Bankı” ASC bildirir ki, 24 may 2018-ci il tarixində Səhmdarların İllik Ümumi Yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. 2017-ci il üzrə Bankın maliyyə hesabatlarının təsdiqi;
2. Bankın investisiya qiymətli kağızlarının emitenti olaraq 2017-ci il üzrə illik hesabatının
təsdiqi;
3. Bankın idarəetmə orqanlarının üzvlərinin seçilməsi barədə;
3.1. Müşahidə Şurasının üzvlərinin dəyişilməsi və yenidən seçilməsi, Müşahidə Şurasının sədrinin və onun müavini təyin edilməsi;
3.2. İdarə Heyətinin üzvünün seçilməsi və İdarə Heyətinin sədrinin təyin edilməsi;
3.3. Audit Komitəsinin üzvlərinin seçilməsi və Audit Komitəsinin sədrinin təyin edilməsi;
4. 2018-ci il üzrə Bankın kənar auditorların təyin edilməsi barədə;
5. Xüsusi əhəmiyyətli əqdlərin təsdiq edilməsi barədə.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulumuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Qeyd edək ki, rəhbərlik vəzifə müddətinin bitməsilə əlaqədar olaraq yenidən təsdiq olunacaqdır.