“Unibank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, səhmdarlarının ümumi yığıncağı 19 mart 2021-ci il tarixində saat 15:00-da “ZOOM” proqramı vasitəsilə məsafədən keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyinə “Unibank” Kommersiya Bankı” ASC-nin 2020-ci il üzrə hesabatlarının təsdiqi və mənfəətin bölüşdürülməsi, kənar auditorun təyin edilməsi daxildir.