“Unibank” ASC kredit portfelini son 6 ayda 13% artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın cari ilin II rübündə kredit portfelinin həcmi 1 milyard 5,4 milyon manat olub. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 115,8 milyon manat, yaxud 13% çoxdur.
Bunun da 618,1 milyon manatını istehlak, 310,9 milyon manatını biznes, 76,4 milyon manatını daşınmaz əmlak kreditləri təşkil edib.
Ötən ilin sonundan bu yanadək istehlak kreditlərinin həcmi 70,9 milyon manat, yəni 13,0%, biznes kreditlərinin həcmi 36,6 milyon manat (13,4%), daşınmaz əmlak kreditlərinin həcmi 8,3 milyon manat (12,2%) artıb.
Ümumilikdə bu dövrdə mümkün zərərlər üçün 67 milyon 5 min manat həcmində ehtiyat vəsaiti yaradılıb. Müştərilərə 938 milyon 444 min manat xalis kredit verilib.