Azərbaycanınən böyük banklarından olan «Unibank» 2022-ci ildə depozit portfelini 40% artırmağa nail olub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna bankın depozit portfeli 989 milyon 744 min manata çatıb. Bu əvvəlki ilin sonu ilə müqayisədə 286 milyon 208 manat və ya 40,7% artıqdır.
Belə ki, 2021-ci ilin sonunda bankın ümumi depozit portfeli 703 milyon 536 min manat olmuşdu.
Fiziki şəxslərin depozitlərində 200 milyon 100 min manat və ya 35% artım qeydə alınıb. Nəticədə rəqəmlər 571 milyon 257 min manatdan 771 milyon 357 min manatadək yüksəlib.
Hüquqi şəxslərin depozitlərinin həcmi isə 65,1% və ya 86 milyon 108 min manat artaraq, 132 milyon 280 min manatdan 218 milyon 388 min manatadək yüksəlib.