«Unibank» 2019-cu ilin birinci rübünün nəticələrini elan edib. FED.az xəbər verir ki, bank bu dövrü kifayət qədər böyük mənfəət və müsbət göstəricilərlə başa vurub.
Birinc rübdə «Unibank»ın faiz gəlirləri 19 784 min manat, faiz xərcləri 7 824 min manat, xalis faiz gəlirləri 11 960 min manat təşkil edib. Bundan başqa bank, birinci rübdə faiz gətirən aktivlərin dəyərsizləşmə zərəri üzrə ehtiyatın bəprasından 5 292 min manat əldə edib. Nəticədə «Unibank»ın xalis faiz gəliri 17 253 min manat olub.
Bankın xalis qeyri-faiz xərcləri isə 10 414 min manat təşkil edib. Nəticədə «Unibank» 2019-cu ilin birinci rübünü 6 838 min manat vergiyə qədərki mənfəətlə başa vurub. Vergi çıxılmasından sonra xalis mənfəət 6 830 min manat olub.
Bu dövrdə bankın aktivləri 6,1% artaraq 736 461 min manata, öhdəlikləri 5,5% artaraq 673 768 min manat olub. Birinci rübdə «Unibank»ın cəmi kapitalı 13,5% yüksələrək 62 693 min manata çatıb. 2019-cu ilin ilk rübündə «Unibank»ın kredit portfeli artmaqda davam edib və 3,1% artaraq 399 808 min manata çatıb. Unibankın depozit portfeli də 1-ci rüb ərzində xeyli böyüyüb. Rüb ərzində 15 mindən çox yeni müştərilərinin cəlb olunub. Rüb ərzində depozit hesabları üzrə 35 milyon artım olub. Depozit portfeli 11.5% artaraq, 337 milyon manatı ötüb. |
«Unibank»ın da vəziyyəti məlum oldu – HESABAT
21:12
30 Aprel 2019