«Unibank» müştəriləri ölkədaxili bütün banklara komissiyasız köçürmə edə biləcəklər.
Eləcə də bax: "Unibank"dan evi olmayanlar üçün yenilik - ŞƏRTLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, artıq UCard-dan ölkədaxili istənilən bank kartına komissiyasız pul köçürmək mümkün olub.
«Unibank»dan verilən məlumata görə, artıq müştərilər UCard ilə ölkədaxili istənilən bank kartına ay ərzində şəxsi vəsaitlərindən 2000 AZN-dək(xarici valyutalarda isə bu məbləğin ekvivalenti) komissiyasız köçürmə edə biləcəklər!
2000 AZN-dən yuxarı köçürmə üçün - 1% (min. 1 AZN / USD / EUR) komissiya haqqı tutulacaq.
Bu qayda həmçinin UCard-ın kredit xəttinə də aid edilir (kredit xəttinə tətbiq olunan xüsusi komissiya qaydası qüvvədə qalır).