Öz biznesinizi böyütmək üçün ən uyğun vaxtdır. Çünki Unibank biznes sahibləri üçün sərfəli manat kreditləri təklif edir. İri, orta və kçik biznes sahibləri Unibank-dan 500 manatdan 500.000 manatadək kreditləri 24 ayadək sərfəli şərtlərlə ala bilərlər.
Bankdan bildirilir ki, hazırda ölkəmizdə on minlərlə sahibkar öz biznesini böyütmək arzusundadır və Unibank davamlı olaraq onlara dəstək verir. İstehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü ilə məşğul olan, öz biznesi olan sahibkarlar bankın Bakıda və eləcə də regionlarda yerləşən filiallarına müraciət edərək, Unibank-dan sərfəli manat kreditləri götürə bilərlər. Öz ev təsərrüfatını genişləndirmək istəyənlər üçün də Unibank sərfəli manat mikro kreditləri təklif edir.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.
Unibank-hər kəsin bankı
Unibankdan manat biznes kreditləri
15:26
21 Noy 2016