Unibank aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstək istiqamətində daha bir layihəyə qoşulub.
FED.az xəbər verir ki, Bank Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığa başlayıb.
Əməkdaşlığın nəticəsi olaraq Unibank AKİA-nın təklif etdiyi bütün xidmətləri sahibkarlara təqdim edir. AKİA ilə tərəfdaşlıq kənd təsərrüfatı sahəsində biznesi olan Unibank müştərilərinin daha aşağı faizli kreditlər əldə etməsinə imkan yaradacaq. Bu kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına, illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir.
AKİA ilə əməkdaşlıq çərçivəsində Unibank güzəştli şərtlərlə kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan alışı üçün nəzərdə tutulan kreditlər də təklif edir. Damazlıq heyvan alışı üçün heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir.
Sahibkarlar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40%-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür. Kreditin məbləği təyinatdan asılı olaraq 5000 AZN-dən 1 000 000 manatadək dəyişir.
AKİA kreditlərinin üstünlükləri:
- aşağı faiz;
- kreditin güzəşt mddətli olması;
- girovsuz kredit əldə etmək imkanı.
Kreditin təyinatı:
- əkinçilik
- heyvandarlıq
- arıçılıq, quşçuluq və digər kənd təsərrüfatı sahələri
- istixana(parnik) komplekslərinin yaradılması və s.
- kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı alışı
- Damazlıq heyvan alışı
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!