“Unibank KB” ASC-də yeni departament direktoru təyin edilib.
"Kapital Bank"da - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Rüfət Məmmədxanlı “Unibank” ASC-nin Hüquq və təşkilatı işlər departamentinin direktoru təyin edilib.
O 2021-ci ilin dekabrından 2023-cü ilin sentyabrına qədər adıçəkilən departamentdə direktor müavini idi. Bundan əvvəl isə “Unibank”ın hüquq departamentinə rəhbərlik Əfqan Baxışovun kurasiyasında olub. Ə. Baxışov hazırda Azərbaycan Hava Yolları ASC-də departmant rəhbəridir.