“Unibank” Kommersiya Bankı” ASC-dən Fed.az-a verilən məlumata görə, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, İdarə Heyətinin üzvü Asəf Hüseynov Unibank İdarə heyəti sədrinin müavini təyin edilib. Qeyd edək ki, Asəf Hüseynov hazırda bankın Baş risk inzibatçısıdır.
Asəf Hüseynov Unibank komandasına qoşulmazdan əvvəl başqa kommersiya bankında müxtəlif vəzifələrdə, sonra isə Mərkəzi Bankda fəaliyyət göstərib.
"Unibank"da yeni təyinat
11:50
8 Noy 2016