27 iyun 2024-cü il tarixində, saat 15:00-da “Unibank” Kommersiya Bankı” ASC-nin səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən baş tutacaq.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarının təsdiqi;
2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatının təsdiqi;
3. Kapitallaşma ilə əlaqəli məsələlər;
4. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin yeni korporativ sənədlərinin/aktlarının qəbulu, mövcud korporativ sənədlərində/ aktlarında dəyişikliklər edilməsi və bununla bağlı əlaqəli məsələlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər