Hazırda “Unibank” Azərbaycan bazarında fəaliyyət göstərən digər banklarla danışıqlar aparmır.
FED.az xəbər verir ki, bunu müsahibəsində “Unibank”ın İdarə heyətinin sədri Faiq Hüseynov bankın “Dəmirbank”la birləşməsi barədə şayiələri şərh edərkən deyib.
F.Hüseynov xatırladıb ki, “Unibank” 2002-ci ildə iki bankın (“Mbank” və “PromTexBank”) birləşməsi nəticəsində yaranıb: “Həmin dövrdən Mərkəzi Bank, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası banka daha bir konsolidasiya keçməyə hazır bir bank kimi baxır. Amma hazırda heç bir bankla birləşmə barədə söhbət getmir”.
© Trend