- Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq artıq 4 gündür ki, kompensasiyaların verilməsinə başlanılıb. “Unibank”da bu proses necə gedir?
Hələ kompensasiyaların verilməsinə başlamazadan əvvəl kompensasiya siyahısında olan bütün müştərilərimizə bu vəsaiti alacaqları tarixin onlara bildiriləcəyi haqda SMS-lər göndərilmişdi. Doğrudur, kompensasya ödənişinin ilk günü SMS göndərilməyən müştərilərimizdən də filiallarımıza müraciət edənlər oldu. Amma prosesin 2-ci və 3-cü günü isə artıq yalnız SMS alan müştərilər filiallarımıza müraciət etdilər. SMS-lər növbəlilik əsasında, müştərilərin bankda növbədə vaxt itirməsinin qarşısını almaq üçün göndərilir. Hazırda proses rahat və aktiv şəkildə davam etdirilir. İlk 3 günün statsitikasına baxsaq ümumilikdə Unibank üzrə 5700 nəfərə yaxın müştəriyə 4,8 milyon manatdan çox kompensasiya ödənişi edilib. Cənab Prezidentin müvafiq fərmanında da nəzərdə tutulduğu kimi kompensasiyaların ödənişi mayın sonunadək başa çatdırılacaq.
- Kompensasiya ödənişi ilə bağlı Unibank filiallarının iş qrafikində hansı dəyişiklik edilib?
Bank rəhbərliyinin qərarına əsasən, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrası müddətində Unibank filialları gücləndirilmiş iş rejimində çalışacaq. Təkcə həftə içi deyil, şənbə günlərində də filiallar uzadılmış iş qrafikində fəaliyyət göstərəcək. Vətəndaşlarımızdan sadəcə bir qədər təmkinli olmağı və filiallarda vaxt itirməmək üçün bankdan gələn SMS mətnində göstərildiyi vaxtda bank filialına gəlmələri xahiş olunur. Bankdan SMS alan şəxs həmin vaxtda filiala gəlir, imza ataraq vəsaitin köçürüləcəyi kartı götürür və sonra kompensasiya məbləği bank tərəfindən həmin karta köçürülür.
- Hesablanmış kompensasiya məbləğindən narazı olan və yaxud adı kompensasiya siyahısında olmayan müştərilər neyləməlidirlər?