“Unibank” həssas əhali qruplarının özünüməşğulluq proqramı çərçivəsində dəstək tədbirlərini davam etdirir.
FED.az xəbər verir ki, xalqımızı 28 May – Respublika Günü münasibəti ilə təbrik edən “Unibank” müstəqilliyimizin 102-ci ildönümündə Tərtər sakini Həsən Əsgərov üçün bayram hədiyyəsi edib.
“Unibank”dan Respublika Günü kampaniyası - ƏMANƏT FAİZLƏRİ ARTDI
“Unibank” ona xeyli vaxtdır arzusunda olduğu şəxsi biznesini yaratmaqda kömək edəcək. Qarabağ müharibəsi əlili olan Həsən Əsgərov un məhsulları istehsalı ilə bağlı ailə biznesini böyütmək istəyirdi və yaxın günlərdə bu istəyi reallaşacaq.
“Unibank” həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Tərtər şəhər sakini Həsən Əsgərov da “Unibank”ın qoşulduğu özünüməşğulluq proqramında dəstək verəcəyi vətəndaşlarımızdan biridir. Bank öz korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, həssas əhali qruplarının özünüməşğulluq proqramı çərçivəsində daha bir neçə vətəndaşımıza öz biznesini qurmaqda kömək etməyi nəzərdə tutur.
Karantin dövründə 100-dək sahibkar - "UNİBANK"DA ONLAYN HESAB AÇIB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Unibank-hər kəsin bankı!