30 yanvar 2025-ci il tarixində, saat 15:00-da “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən baş tutacaq.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.